"Zirə" legioneri ilə müqaviləni uzatdı
“Zirə” futbolçusu Stefan Aka ilə müqavilə müddətini uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı müdafiəçi ilə 1+1 illik yeni müqavilə bağlanılıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan müdafiəçi 2023-cü ildən “Zirə”nin formasını geyinir.