"Zirə" - "Neftçi" duelinin başlanma saatı müəyyənləşdi

Topaz Premyer Liqanın 11-ci turunda keçiriləcək "Zirə" - "Neftçi" oyununun başlama saatı müəyyənləşib.

SportLine.az-ın "Zirə"nin saytına istinadən yaydığı xəbərə görə, matç noyabrın 5-i saat 17:00-da başlayacaq. Görüş Zirə İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, hazırda "Zirə" 21 xalla 2-ci,  "Neftçi" isə 13 xalla 4-cüdür.