"Zirə" - "Qəbələ" oyunu ona həvalə olundu

Topaz Premyer Liqasında X turun bütün təyinatları açıqlanıb. Sportline.az xəbər verir ki, turun böyük maraqla gözlənilən "Zirə" - "Qəbələ" oyunu Fariz Yusifova həvalə olunub.

"Qarabağ" - "Səbail" oyununda ədaləti Rəvan Həmzəzadə təmsil edəcək. Orxan Məmmədov "İnter" - "Kəpəz" oyununda fit çalacaq. "Neftçi” -  "Sumqayıt”  oyunu Rauf Cabbarova tapşırılıb.

27 oktyabr

"Qarabağ” – "Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov 

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Kərim Ağayev

"Azersun Arena”, 19:00

28 oktyabr

"İnter” – "Kəpəz”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov 

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

"İnter Arena”, 15:00

"Zirə” – "Qəbələ”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev 

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Vüsal Əliyev

Zirə İdman Kompleksinin stadionu, 17:00

29 oktyabr

"Neftçi” – "Sumqayıt” 

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

"Bakcell Arena”, 18:00