"Zirə" və "Keşlə"nin legionerləri milliyə çağırıldı

“Zirə”nin müdafiəçisi Ali Sesay və “Keşlə”nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone millisinə çağırılıblar.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Con Keyster Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyunlar üçün sözügedən futbolçuları da milliyə dəvət edib.

Qeyd edək ki, Nigeriya ilə matçlar noyabrın 9-u və 17-i  oynanılacaq.