"Zirə"nin legioneri milliyə çağırıldı

"Zirə"nin futbolçusu Brayan Alseus Haiti millisinə dəvət alıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqasında Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək oyunlar üçün yığmaya cəlb olunub.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də oynanılacaq.