"Zirə"nin rəqibində ayrılıq
"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi" (Tel-Əviv, İsrail) futbolçusu Matan Baltaksa ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə Təl-Əviv təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb. 26 yaşlı müdafiəçi karyerasını Avstriyanın "Austria" klubunda davam etdirəcək.
Qeyd edək ki, "Zirə" ilə "Makkabi" arasında ilk oyun iyulun 21-də Bakıda, cavab matçı isə 28-də İsraildə keçiriləcək.