"Zirə"nin yay hazırlıq planı açıqlanıb

“Zirə" klubunun yay hazırlıq planı bəlli olub.

Sportline.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rəşad Sadıqovun komandası iyunun 14-dən iyulun 4-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək.

Həmin vaxt "Zirə" üç yoxlama oyunu keçirəcək.

Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də oynanılması nəzərdə tutulub.

Rəqiblərin kimliyi yaxın günlərdə bəlli olacaq.