1 dəqiqəlik sükut...
Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.
SportLine.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydançaya qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.
SportLine.az kollektivi qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb.