13 yaşında peşəkar debüt

Sakramento klubunun hücumçusu Davian Kimbrou ABŞ-də peşəkar debüt edən ən gənc oyunçu olmaqla rekorda imza atıb.

Sportline.az xəbər verir ki, forvard 13 yaş 7 ay 13 günlüyündə "Las Veqas Layts" ilə matçda (2:0) oyuna daxil olub. Oyun ABŞ-nin ikinci ən güclü liqası olan USL-də baş tutub.

Bundan əvvəl rekord 2021-ci ildə 13 yaş 9 ay 9 günlüyündə oynamış Aksel Kaya məxsus idi.