22 yaşlı futbolçu "ən yaxşı" seçildi

"Bavariya" azarkeşləri sentyabr ayının "ən yaxşı"sını müəyyənləşdiriblər. SportLine.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı Yoşua Kimmix daha çox futbolsevərin etimadını qazanıb.

Səslərin 19.5%-ni toplayan futbolçu, "ayın ən yaxşısı" adına yiyələnib.

İkinci yeri Robert Levandovski (16,9%), üçüncü yeri isə Xames Rodriges (9,0%) tutub. 

Qeyd edək ki, Kimmix ötən ay Münhen klubunun heyətində 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.