29 il sonra Bundesliqada ayrılıq

Almaniya Bundesliqasında 29 ildən sonra ayrılıq gözlənilir.

Sporline.az Trtspor.com-a istinadla xəbər verir ki, 29 ildir “Frayburq”da çalışan Kristian Ştrayx ilə mövsümün sonu yollar ayrılacaq.

Klubun internet saytıına verdiyi açıqlamada Ştrayx “Uzun müddət düşündüm və bir çox adamla danışdım. 29 ildən sonra inanıram ki, indi yeni insanlara və yeni imkanlara yol açmağın vaxtıdır”, - deyə bildirib.

Futbolçu karyerasında da “Frayburq”a çıxış edən Ştrayx, 1995-ci ildə klubun aşağı yaş kateqoriyasında məşqçilik karyerasına başlayıb.

Qeyd edək ki, 1996-cı ildə “Frayburq”un U-19 komandasınını çalıştıran Ştrayx, əsas komandaya 2007-ci ildə köməkçi məşqçi,  2011-də isə baş məşqçi təyin olunub.