31 yaşlı qapıçı "Barselona"nın hədəfindədir

"Barselona" yayda "Real Sosyedad"ın qapıçısı Aleks Remironu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

31 yaşlı kiperin dəyəri 14 milyon avrodur.

Qeyd edək ki, A.Remiro cari mövsüm meydana çıxdığı 35 matçda qapısında 54 top görüb.