38 yaşlı futbolçu AVRO-2024 üçün milliyə çağırıldı
"Mançester Yunayted"in qapıçısı Tom Xiton Avropa çempionatı üçün İngiltərə millisinin düşərgəsinə çağırılıb.
Sportline.az xəbər verir ki, təcrübəli qolkiper komandanın hazırlığına yardımçı olacaq.
Daha dəqiq desək o, İngiltərə millisinin məşqləri üçün düşərgəyə dəvət alıb.
Cordan Pikford, Aaron Remsdeyl və Din Hendersona kömək edəcək Xitonun adı millinin iştirak ərizəsinə yazılmayacaq.
Qeyd edək ki, 38 yaşlı futbolçu 2021-ci ildən "Mançester Yunayted"in üzvüdür.
O, 3 il ərzində cəmi 4 oyuna çıxıb. Xiton millinin heyətində 3 oyun keçirib.