4 futbolçu "Qarabağ"dan getdi

"Qarabağ" dörd futbolçu ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, braziliyalı qapıçı Vaqner da Silva, onun həmyerlisi Aylton Silva və mərakeşli müdafiəçi Faysal Rerrasla başa çatan müqavilə yenilənməyib. Həmçinin Araz Abdullayevlə də yeni müqavilə imzalanmayıb.

"Qarabağ" 28 yaşlı yarımmüdafiəçini ötən yay Yunanıstanın "Panionios" klubundan icarəyə götürmüşdü. Abdullayevlə hazırda "Sabah"la "Keşlə" maraqlanır. Onun birincilərə üstünlük verəcəyi gözlənilir.

Araz ötən mövsüm keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmayıb.