49 yaşlı futbolçu karyerasını bərpa etdi
İngiltərə millisinin və "Arsenal"ın keçmiş futbolçusu Pol Merson karyerasını bərpa etmək qərarına gəlib. SportLine.az "BBC Sport"a istinadən xəbər verir ki, 49 yaşlı futbolçu Uels çempionatının IV Divizionunda çıxış edən "Kerau" ilə müqavilə imzalayıb. Onun oktaybrın 18-də ilk oyununa çıxacağı gözlənilir.
Qeyd edək ki, Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar Kuboku, İngiltərə Kuboku, Liqa Kuboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatına qatılıb. 2006-cı ildə karyerasını başa vurmuş Mersonun son klubu İngiltərə V Divizionunda çıxış edən "Tamuort" olub.