A Seriyasının keçmiş ulduzu otel otağında ölü tapılıb

Məhşur italiyalı futbolçu dünyasını dəyişib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, A Seriyasının sabiq ulduzu Andrea Kapone vəfat edib. 43 yaşlı sabiq futbolçunun meyiti dünən səhər saatlarında İtaliyanın Kalyari şəhərində 5 ulduzlu otelin otağında tapılıb.

İtalyan mediası ilkin olaraq Kaponenin təsadüfən yıxılaraq kəllə-beyin travması nəticəsində öldüyünü irəli sürdü.

Qeyd edək ki, Kapone peşakar karyerasında "Kalyari", "Viçenza" və "Salernitana" kimi komandaların formasını geyinib.