Adil Əliyev istefaya göndərildi

Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi istefaya göndərilib.
 
Sportline.az xəbər verir ki, bu barədə AKF-nin Prezidenti Adil Əliyev özünün "Facebook” səhifəsində məlumat yayıb.
 
O bildirib ki, qərar İdarə Heyəti tərəfindən verilib:
 
"Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyəti AKF-nin Prezidentini və Vitse-Prezidentlərini istefaya göndərdi”
 
Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, vitse-prezidenti Güloğlan Cabbarov idi. Hər iki şəxs deputatlığa namizəddir.