Adrien Rabyo: "Yuventus"la danışmışıq"

PSJ-nin futbolçusu Adrien Rabyo karyerasının İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, fransalı yarımmüdafiəçini “Yuventus” transfer etməyi planlaşdırır.  24 yaşlı futbolçu “Corriere dello Sport”a açıqlamasında Turin klubunun onunla danışdığını təsdiqləyib:
“İtaliya çox xoşuma gəlir. Ora möhtəşəmdir. Bəli, “Yuventus”la danışmışıq. Ancaq bu barədə nəsə deyə billmərəm”.

Qeyd edək ki, PSJ rəhbərliyi ilə münasibətləri pis olan futbolçu uzun müddətdir əsas komandadan kənardadır.  Onun Paris klubu ilə müqaviləsi bu ayın sonuna qədərdir.

Əlavə edə ki, Rabyonu "Real" da heyətinə cəlb etməyə çalışır.