AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. SportLine.az saytının məlumatına görə, İK növbəti dəfə texniki məğlubiyyət cəzaları verib.

Yüksək Qızlar Liqasında “Veqa” komandası “Keşlə” ilə səfər görüşünə çıxmayıb. Həmçinin U-16 Qızlar Liqasında “Aran” öz meydanındakı 8 №-li İOEUGİM komandası ilə oyunda iştirak etməyib. Bu üzdən həm “Veqa”, həm də "Aran"a 0:3 hesablı texniki məğlubiyyət cəzası verilib.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında da eyni hadisə baş verib. Burda isə EKOL-la qarşılaşmaya çıxmayan “Yasamal” MFK 0:5 hesablı texniki məğlubiyyət cəzasına məruz qalıb.