“Qalatasaray” Osimhenlə bağlı qərarını verdi
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Qalatasaray”ın hücumçusu Viktor Osimhenə transfer təklifi göndərib.
Sportline.az xəbər verir ki, “Sky Germany”nin jurnalisti Florian Plettenberqin məlumatına görə, Səudiyyə klubu nigeriyalı futbolçu üçün 130 milyon avro ödəməyə hazır olduğunu şifahi şəkildə “Qalatasaray” rəhbərliyinə çatdırıb. Bildirilir ki, bu məbləğ daha əvvəl gündəmə gələn 65 milyon avroluq təklif iddiasının ikiqatıdır. Lakin “Qalatasaray” rəhbərliyi danışıqlara başlamadan təklifi rədd edib.
Məlumata görə, İstanbul klubu bu mövsüm Osimheni satmaq niyyətində olmadığını və məbləğdən asılı olmayaraq futbolçunu komandada saxlamaq istədiyini bildirib.