İrfan Can Eğribayat "Fənərbağça"dan ayrıldı

"Fənərbağça" qapıçısı İrfan Can Eğribayatla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı qolkiperin transferi ilə bağlı "Gənclərbirliyi" ilə razılığa gəldiyini rəsmən açıqlayıb.

"Fənərbağça" 2022/23 mövsümündən komandanın formasını geyinən futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

İrfan Can Eğribayat 2022-ci ildə "Göztəpə"dən icarə əsasında "Fənərbağça"ya qoşulmuş, daha sonra İstanbul klubu onun transfer hüquqlarını almışdı.