AFFA baş məşqçi ilə ayrılığı rəsmən təsdiqlədi
AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. AFFA Obradoviçə U-21yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Bildirilib ki, millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.