AFFA Hakimlər Komitəsinin sədri ilə vidalaşdı

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchliklə yolları ayırıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı ilə başa çatan müqavilə yenilənməyib.

AFFA 2018-ci il sentyabrın 14-dən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmış Fritz Stuchlikə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.