AFFA rəsmisi FİFA-nın sammitində

FIFA tərəfindən 211 federasiyanın iştirakı ilə Sinqapurda “Integrity Summit” keçirilir.

Sportline.az xəbər verir ki, tədbirdə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli də iştirak edir.

Sammitin məqsədi oyunların toxunulmazlığı üzrə məsul şəxslərə qlobal toxunulmazlıq tendensiyaları haqqında yeni məlumatlar vermək, ən yaxşı təcrübələri bölüşmək, FIFA-nın yeni toxunulmazlıq təlimatını və təlim xəritəsini təqdim etmək, FİFA İntizam Məcəlləsinə edilmiş düzəlişləri müzakirə etmək və danışılmış oyunlarla əlaqəli FIFA və İdman Arbitraj Məhkəməsinin müvafiq qərarlarını tədqiq etməkdi.

Danışılmış oyunlarla mübarizəyə cəlb olunmuş FIFA, CAS və digər peşəkarların əsas məruzəçiləri məlumat mübadiləsinin möhkəmləndirilməsinə töhfə verəcəklər.