Ağabala Ramazanov: "Sevinirəm ki, əlimə düşən fürsətdən yararlandım"

“Bu mənim üçün şans idi. Sevinirəm ki, əlimə düşən fürsətdən yaxşı istifadə etdim”. SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Ağabala Ramazanov Moldova ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib. O, sözlərinə belə davam edib:  “Komandamın qələbəsində pay sahibi oldum. Lakin bununla kifayətlənmək olmaz. Çempionat oyunlarında daha çox qol vurmaq istəyirəm”.