Ağacan Abiyev qərarını açıqladı

"Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm”. 

Sportline.az xəbər verir ki, bu barədə unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək: 

"Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.

Qeyd edək ki, dünən Ağacan Əbiyevin 81 yaşı tamam olub. O, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olub. Hazırda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü.

Ağacan Əbiyev Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb.