"Akron" Tolyatti Rusiya Premyer Liqasında

Rusiya Premyer Liqasına vəsiqə qazanan 3-cü komandanın adı məlum olub.

Sportline.az xəbər verir ki, "Akron" Tolyatti keçid pley-off mərhələsinin 2-ci oyununda doğma meydanda "Ural"a 2-1 hesabı ilə məğlub olmasına baxmayaraq iki oyunun nəticəsinə görə elitaya vəsiqə qazanıb.(3-2)

Yekaterinburqda keçirilən ilk  matç 2-0 hesabı ilə "Akron"un xeyrinə yekunlaşmışdı.

Bu nəticə ilə "Akron" Tolyatti "Ximki" və "Dinamo" Mahaçkaladan sonra Premyer Liqaya vəsiqə qazanan üçüncü komanda olub.

Qeyd edək ki, Tolyatti təmsilçisi tarixində ilk dəfə olaraq əsas liqada çıxış edəcək.