"Akron" "Zenit"in keçmiş qapıçısı Vasyutini transfer etdiyini açıqlayıb

Premyer Liqaya vəsiqə qazanan "Akron" klubu qapıçı Aleksandr Vasyutini transfer etdiyini açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, qapıçı artıq komandaya qoşulub və "Akron"la Burdurdakı mövsümöncəsi təlim-məşq toplanışındadır.

Daha əvvəl "Rostov" klubunun da təcrübəli qapıçı ilə maraqlandığı bildirilmşdi.

Qeyd edək ki, 29 yaşlı Aleksandr Vasyutin "Zenit"in yetirməsidir və akademiyadan əsas komandaya qədər yüksəlib. Qapıçının klubla müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədə idi.