Alaba İstanbul nəhəngində çıxış edə bilər
“Real”dan ayrılan David Alaba karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Beşiktaş” avstriyalı müdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klub artıq oyunçunun agenti ilə danışıqlara başlayıb.
Alaba başa çatan mövsümdə “Real” formasıyla La Liqada 11 oyuna çıxıb.