Aleksis Sançez 13 il sonra yenidən "Udinese"də

"Udinese" "İnter" forması geyinən çilili futbolçu Aleksis Sançezi heyətinə qatıb.

Sportline.az xəbər verir ki, tərəflər arasında 2026-cı ilə qədər müqavilə imzalanıb.

2023-cü ildən "İnter"də çıxış edən 35 yaşlı hücumçu ötən mövsüm komanda ilə keçirdiyi 33 oyunda 4 qol vurub, 5 asist edib.

Qeyd edək ki, Sançez 2006-2011-ci illərdə də Udine klubunun şərəfini qoruyub