Almaniya AVRO 2024 qabağı son sınağından qalib ayrılıb

AVRO 2024-ə hazırlıqlarını davam etdirən Almaniya milllisi ötən gecə Yunanıstanı qəbul edib.

Sportline.az xəbər verir ki, görüş Bundestimin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb

Qollar: Havertz 56', Paskal Gros 89'// Masuras 33'.

Almaniya millisi bu nəticə ilə Naqelsmanın rəhbərliyi altında 4-cü qələbəsini qazanıb.

Qeyd edək ki, Almaniyada keçiriləcək 2024-ci il Avropa Çempionatı iyunun 14-də başlanacaq.