Almaniya AVRO 2024-ə parlaq qələbə ilə başladı

2024-cü il Avropa çempionatına start verilib.

Sportline.az xəbər verir ki, A qrupunda yer alan ev sahibi açılış matçında Şotlandiya ilə üz-üzə gəlib. 

Münhendəki "Alyanz Arena"da keçirilən görüşdə almaniyalılar 5:1 hesabı ilə qalib gəliblər.  

AÇ-2024
A qrupu
14 iyun

Almaniya – Şotlandiya 5:1
Qollar
: Virts, 10. Musiala, 19. Haverts, 45+1-pen. Füllkruq, 68. Emre Can, 90+3 – Rüdiger, 87-öz qapısına.
Qırmızı vərəqə: Porteous, 44 (Şotlandiya).
Baş hakim: Kleman Türpen (Fransa).
Münhen, “Alyanz Arena”.