"Almaniya Avropa çempionu olacaq. Finalda Fransanı məğlub edəcək"

Bu gün startı verilən Avropa çempionatıın favoritləri ilə bağlı müxtəlif fikirlər səslənməkdədir.

Sportline.az xəbər verir ki, Almaniya millisi və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteus da bununla bağlı sualı cavablandırıb.

Onun fikrincə, yarışın qalibi Almaniya millisi olacaq.

"Çempionatın startını həyəcanla gözləyirik. Tezliklə bizim komanda ilk matçına çıxacaq. Əminəm ki, bu yarış bizim üçün uğurlu alınacaq. Almaniya Avropa çempionu olacaq! Finalda Fransaya qalib gələcəyik", - deyə Matteus "Bild"ə proqnozunu açıqlayıb.

Xatırladaq ki, bu gün başlanacaq Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.