Almaniya Avropa çempionatından 1 milyard dollar qazanacaq

Bu gün futbol üzrə Avropa çempionatı başlanır.

Sportline.az xəbər verir ki, bu yarış ev sahibi Almaniyaya 1 milyard dollar qazandıra bilər. 

Bu haqda "Reuters" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, bu vəsait turist axınından qaynaqlanacaq.

Qeyd edək ki, bu gün start veriləcək çempionata iyulun 14-də yekun vurulacaq. 

Açılış matçında Almaniya və Şotlandiya komandaları üz-üzə gələcəklər.