"Canavarlar"ın yeni qiyafəsi

“Roma” 2023/24 mövsümü üçün üçüncü formanı təqdim edib.

Sportline.az xəbər verir ki, klubun ənənəvi rənglərində olan formanın çiyin zolaqları qara rəngdədir.

Sol tərəfdə emblemlə birlikdə "Roma"nın başqa bir rəsmi loqosu - Lupetto canavar balası var. Hansı ki, 1978-ci ildən 1997-ci ilə qədər "Roma"nın formasında olub.

Bu mövsüm "canavarlar" A Seriyasında 5 oyundan 5 xalla 13-cü yerdədir.