Almaniya kubokunda ilk finalçı bəlli olub
Almaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Sportline.az xəbər verir ki, Almaniya kubokunun ilk yarımfinal oyununda “Saarbrüken” doğma meydanda “Kaiserslautern”lə üz üzə gəlib.Matç “Kaiserslautern”in 2-0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda adını finala yazdırıb.
Qonaqlara qələbə gətirən qolları 53-cü dəqiqədə Marlon Ritter , 75-ci dəqiqədə Almami Ture vurub.
Qeyd edək ki, “Kaiserslautern”in finaldakı rəqibi bugün keçiriləcək “Bayer Leverkuzen” – “Fortuna Düsseldorf” oyununda məlum olacaq.