Almaniya millisinin AVRO 2024 üçün yekun heyəti açıqlanıb
Almaniya millisi AVRO 2024-də çıxış edəcək 26 nəfərlik siyahını UEFA-ya təqdim edib.
Sportline.az xəbər verir ki, ilkin heyətdən yalnız qapıçı Aleksandr Nyubel siyahıya daxil edilməyib.
Qapıçılar: Oliver Baumann, Manuel Noyer, Mark-Andre ter Şteqen.
Müdafiəçilər: Valdemar Anton, Benjamin Henrixs, Coşua Kimmix, Robin Kox, Maksimilian Mittelştedt, David Raum, Antonio Rüdiqer, Niko Şlotterbek, Conatan Ta.
Yarımmüdafiəçilər: Robert Andrix, Kris Furiç, Paskal Qros, İlkay Gündoğan, Toni Kroos, Camal Musiala, Aleksandar Pavloviç, Leroy Sane, Florian Virts.
Hücumçular: Maksimilian Bayer, Niklas Füllkruq, Kai Havertz, Tomas Müller, Denise Undav.
Qeyd edək ki, Almaniya millisi ev sahibliyi edəcəyi turnirdə Şotlandiya, Macarıstan və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq.