Almaniya Rusiya seçməsinə viza vermədi
Rusiyanın avarçəkmə üzrə seçmə komandası Almaniyada keçirilən 23 yaşadək idmançıların Avropa çempionatına qatıla bilməyəcək.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, yarış təşkilatçıları Rusiya idmançılarına viza verməyiblər.
Komandanın baş məşqçisi Aleksandr Zyuzinin sözlərinə görə, təşkilatçılar bununla bağlı rəsmi məlumat göndəriblər.
Qeyd edək ki, Avropa çempionatı avqustun 25-də başlanacaq.