Alonso "Bayer"lə bağlı qərar verib

"Bayer"in baş məşqçisi Xabi Alonso daha bir mövsüm komandanı çalışdırmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Pol Coys X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, ispaniyalı mütəxəssis yaxın günlərdə qərarını ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, 2022-ci ildən "Bayer"in uğurları üçün çalışan Alonso "Bavariya", "Real" və "Liverpul" kimi qitə nəhənglərindən təklif alıb.

Hazırda onun rəhbərlik etdiyi komanda 70 xalla Bundesliqanın lideridir.

Leverkuzenlilər ən yaxın izləyiciləri olan "Bavariya"nı 10 xal qabaqlayırlar.