Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

İspaniyanın "Real Madrid" komandasının sükanı arxasında olan Karlo Ançelotti baş məşqçi kimi UEFA Çempionlar Liqasında 100-cü qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, 53 yaşlı mütəxəssis buna Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin II tur oyununda nail olub.

Ançelotti bu göstəricidə yalnız İngiltərə "Mançester Yunayted"inin sabiq baş məşqçisi Aleks Ferqyusondan geri qalır. Şotlandiyalı keçmiş mütəxəssis qitənin bir nömrəli klub turnirində 102 qələbə əldə edib.

Qeyd edək ki, Karlo Ançelotti karyerası ərzində İtaliyanın "Yuventus", "Milan", "Napoli", İngiltərənin "Çelsi", Fransanın PSJ və Almaniyanın "Bavariya" komandalarına da rəhbərlik edib.