Ançelottidən Xabi açıqlaması
"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun sabiq futbolçusu Xabi Alonsonun bu postda onu əvəz edə biləcəyi ilə bağlı məlumatı şərh edib.
Sportline.az "Radio Marca"ya istinadən xəbər verir ki, Ançelottinin varisi kimi "Bayer Leverkuzen"ə başçılıq edən 41 yaşlı ispaniyalı seçilib. O, gələn yay "Real Madrid"i çalışdırmalıdır.
“Mən Xabini çalışdırmışam, o, "Bayer"də əla iş görür. O, oyunu yaxşı başa düşür, ona görə də çox yaxşı məşqçidir. Arzu edirəm ki, Xabi Alonso, Raul və Alvaro Arbeloa bir gün "Real Madrid"in baş məşqçisi olsunlar. Mən onların hamısını sevirəm"- deyə Ançelotti bildirib.