Ançelottinin Modriçlə münaqişəsi yoxdur

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçlə münaqişəsinin olmadığını bildirib və xorvatiyalının komandanın son matçlarında meydana çıxmamasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Madrid klubunun İspaniya çempionatındakı son iki oyununda ehtiyat oyunçular skamyasında qalıb.

“Luka Çempionlar Liqasının ilk turunda meydana çıxdı, "Atletiko Madrid" ilə derbidə iştirak etdi. Yarımmüdafiədə çox yüksək rəqabət olduğu üçün son iki matçda meydana çıxmadı. Bəzən kimsə ehtiyat oyunçular skamyasında qalmalı olur. Modriçin bizimlə heç bir problemimiz yoxdur. Ona böyük hörmətim var, amma bəzən baha başa gələn qərarlar qəbul etməli olursan. Modriç yaxşıdır. Bu, taktiki qərardır”, - Ançelotti "Relevo"ya bildirib..

Sentyabrın 30-da Modriçin "İnter Mayami"yə keçə biləcəyi xəbəri yayılmışdı.

Xorvatiyalı 2012-ci ilin avqustundan "Real Madrid"də çıxış edir. 2023/24 mövsümündə futbolçu 7 Madrid matçında iştirak edib, ümumilikdə 287 dəqiqə meydanda olub və effektli olmayıb.

Yarımmüdafiəçinin Kral Klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.