Andrea Piro istefaya göndərilib

"Sampdoriya" baş məşqçi Andrea Pirlonun vəzifəsinə son verib.

Sportline.az xəbər verir ki, Genuya təmsilçisi B Seriyasının 3-cü turunda "Salernitana"ya qarşı alınan 2-3 hesablı məğlubiyyətdən sonra 45 yaşlı mütəxəssislə yollarını ayırıb.

2023/2024 mövsümündə komanda Pirlonun rəhbərliyi altında İtaliya B Seriyasını 7-ci sırada tamamlayıb.

Bu mövsüm 3 turdan sonra komandanın aktivində 1 xal var.

Qeyd edək ki, Pirlo daha əvvəl "Fatih Karagümrük" və "Yuventus"da çalışıb.