Adrian Mutudan şəhidlərimizə ehtiram

"Neftçi"nin baş məşqçisi Adrian Mutu 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, rumıniyalı mütəxəssis özünün rəsmi Feysbuk və İnstaqram səhifələrində üzərində Azərbaycan bayrağı və Xarı bülbül simvolunun əksi olan şəkil paylaşıb. O, paylaşımında "Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" sözlərini yazıb.

Qeyd edək ki, Rumıniya futbolunun əfsanələrindən olan Adrian Mutunun Feysbukda 514 min, İnstaqramda isə 234 min izləyicisi var.