ANOK-un prezidenti bəlli oldu

Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) yeni prezidenti bəlli olub.

Sportline.az xəbər verir ki, Robin Mitçell ANOC-un XXVI Baş Assambleyasında qurumun rəhbəri seçilib.

177 nəfər 76 yaşlı funksionerin lehinə, 5 nəfər isə əleyhinə səs verib. İki şəxs bitərəf qalıb.

Bundan əlavə, Şeyx Joan bin Həməd Əl-Tani qarşıdakı 4 ildə I vitse-prezident vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Robin Mitçell 2018-ci ildən ANOC-da prezident səlahiyyətlərini yerinə yetirir. O, bu postda Şeyx Əhməd Əl Fahad Əl Sabahı əvəzləyib.