Ante Rebiçin yeni klubu məlum olub

"Beşiktaş' ilə yollarını ayıran xorvatiyalı futbolçu Ante Rebiç A Seriyası klubuna transfer olunub.

Sportline.az xəbər verir ki, "Leççe" 30 yaşlı futbolçu ilə müqavilə imzalayıb.

2023/2024 mövsümündə "Beşiktaş"la 23 oyuna çıxan hücumçu bu görüşlərdə 1 qol vurub, 5 asist edib.O, "qara-qartallar"la Türkiyə kubokunun qalibi olub.

Qeyd edək ki, 42 dəfə Xorvatiya millisinin formasını geyinən Ante Rebiç daha əvvəl karyerasında "Milan", "Ayntraxt Frankfurt" və "Fiorentina" kimi klubların uğurları üçün çalışıb.