Anton Zabalotnıy "Ximki" ilə müqavilə imzalayıb

ÇSKA-dan ayrılan rusiyalı hücumçu Anton Zabalotnıy "Ximki"yə keçib.

Sportline.az xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Zabalontıy 2021-ci ildən ÇSKA-da çıxış edirdi. O, ötən mövsüm "hərbiçilər"in heyətində 42 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, təcrübəli hücumçu daha əvvəl "Zenit", "Soçi" və "Fakel" klublarında çıxış edib.