“Araz-Naxçıvan” 13 futbolçu ilə vidalaşıb
“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 13 futbolçu ilə yollarını ayırıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Abdulla Rzayev və İldar Alekperovun icarə müqaviləsinin müddəti başa çatdığına görə, hər iki futbolçu “Sabah”ın düşərgəsinə qayıdıb.
Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.
Qeyd edək ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Miço, Küzmanoviç, Tərlan Əhmədli, Urfan Abbasov, Ülvü İsgəndərov, Ömər Buludov növbəti mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcəklər.