“Araz-Naxçıvan" "Differdanje 03" klubu ilə qarşılaşıb

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Sportline.az xəbər verir ki, Lüksemburq çempionu "Differdanje 03" ilə üz-üzə gələn Naxçıvan klubu 2:2 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luici Lonqo (38) vurublar.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. "Araz-Naxçıvan" əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın "Tigers Roermond" komandasına qarşı keçirəcək.