"Aris" rusiyalı futbolçunu birdəfəlik heyətinə qatıb

"Aris" ötən mövsüm icarə əsasında komandada çıxış edən Maqomed Şapi Suleymanovu birdəfəlik heyətinə qatıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 24 yaşlı vinqerlə 2 illik müqavilə imzalanıb.

Suleymanov "Krasnodar" klubunun yetirməsidir. O,"buğalar"ın əsas komandasında 2017-ci ildə debüt edib.

Futbolçu 2023/2024 mövsümünü icarə əsasında Yunanıstanın "Aris" klubunda keçirib.Rusiyalı oyunçu daha əvvəl isə "Giresunspor' və "Hapoel Ber Şeva" komandalarında çıxış edib.

Qeyd edək ki, transfermarkt portalında Suleymanovun transfer dəyəri 2 milyon avrodur.